Birləşmiş
Ştatlar hərbçiləri Anbar vilayətinin nəzarətini İraqın təhlükəsizlik
qüvvələrinə təhvil veriblər. Vaxtilə Anbar vilayəti İraqın ən təhlükəli regionu
sayılırdı. Hazırda isə orada sakitlikdir. Beləliklə Birləşmiş Ştatların hərbçiləri
İraqın 18 vilayətindən 11-ni İraqın təhlükəsizlik qüvvələrinə təhvil veriblər.
Amerika hərbi qüvvələri Anbar vilayətindəki bazalarını tərk edəcəklər. Anbar
vilayətinin sakinləri əsasən sünnidir. Onlar 2003-cü ildə Amerika hərbi
qüvvələrinin İraqa müdaxiləsindən az sonra, Birləşmiş Ştatların hərbi
qüvvələrinə qarşı çevrilmişdi. Vilayətin Falluca və Ramadi kimi şəhərləri
yaraqlıların istehkamına çevrilib.