ABŞ, Əfqanıstan və BMT birgə araşdırma aparılmasına razılıq veriblər

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya, Əfqanıstan hökuməti və BMT avqustun 22-də 90 mülki vətəndaşın həlak olması ilə nəticələnən hucumla bağlı birgə araşdırması aparılmasına razılıq veriblər. Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın bildirdiyinə görə, Herat vilayətində yaraqlıların hucumundan sonra hərbi təyyarələr hucuma keçmiş, nəticədə 25 yaraqlı və 5 mülki vətəndaş həlak olmuşdu. NATO-nun başçılıq etdiyi beynəlxalq yardım qüvvələrinin sözçüsü briqada generalı Riçard Blançet deyib ki, birgə təhqiqatın məqsədi itkilər barədə ziddiyyətli məlumatlara aydınlıq gətirilməsidir.