Vitse-prezidentliyə namizədlər seçicilərə təqdim edilir

ABŞ prezidentliyinə namizədlər Amerikanın aparıcı ştatlarında vitse-prezidentliyə namizəd göstərdikləri şəxsləri seçicilərə təqdim edir. Respublikaçı namizəd Con Makkeyn və Alyaska qubertnatoru Sara Peylin dunən axşam Pensilvaniya ştatının kiçik Vaşinqton şəhərində təşkil edilən yürüşün iştirakçısı olub. Senator Makkeyn Amerika Birləşmiş Ştatlarının gələcək vitse-prezidenti, Alyaska ştatının qubarnatoru Sara Peyli təqdim etmekden böyük qürur hissi keçirdiyini bildirir. O, xanım Peylinin ştat hökumətində islahatlar apardığını və ona ABŞ hökumətinndə islahatlar keçirilməsinə yardım edəcəyini deyib. Sara Peylin insanlar qarşısında 5 uşaq anası və bir qurbernator kimi nailiyyətlərindən danışıb. O, Makkeynin xarici siyasətinə dəstək verdiyini deyərək, onun İraq müharibəsini dəstəkləməsini xüsusi vurğulayib. Alyaska qubarnatoru yenidən senator Hillari Klintonu alqışlamaqla qadın seciçilərin səslərini əldə etməyə çalışıb. Makkeyn çox da tanınmayan Peylini vitse-prezidentliyə ötən cümə günü namizəd göstərmişdi. Peylin respublikaçılar partiyasında vitse-prezidentliyə namizəd göstərilən ilk qadındır. Demokrat namizəd Barak Obama isə dünən vitse-prezidentliyə namizəd seçdiyi Delaver senatoru Co Baydenlə bərabər Ohayo ştatının Dublin şəhərində təşkil edilən görüşdə iştirak etmiş, bir daha prezident Bus və Makkeynin iqtisadiyyat siyasətini tənqid etmişdi.