Çinin
dövlət mətbuatının məlumatına görə, şənbə günü ölkənin cənub – qərbində 28
nəfərin ölümü ilə nəticələnmiş zəlzələnin baş verdiyi ərazidə təşviş yaşanır.
Şinhua xəbər agentliyi bildirir ki, xilas etmə dəstələri zəlzələnin təsirinə
məruz qalmış Siçuan və Yunnan vilayətlərinə ərzaq, su və çadır aparıb. Agentliyin
bildirdiyinə görə, dünənki zəlzələ 100 mindən çox evi dağıdıb, 600 min insanı
isə təsirinə məruz qoyub. Rəsmilər ən azı 238 nəfərin müxtəlif dərəcəli xəsarət
aldığını bildiriblər. Güclü yağışlar və zəif kommunikasiya xilasetmə
dəstələrinin işini çətinləşdirir. Dünən baş vermiş yeraıltı təkanın episentri
Siçuan vilayəti ilə Yunnan sərhədi yaxınlığındakı Panzihua şəhərindən 30
kilometr cənub - şərqdə yerləşir.