İranın
yüksək səviyyəli rəsmisi deyir ki, ölkənin hazırda fəaliyyətdə olan 4 min nüvə
sentrifuqası var. Xarici işlər nazirinin müavini Əli Rza Attar İran dövlət
telekanalında bildirib ki, tezliklə ölkənin başlıca nüvə obyekti olan Natanzda
daha 3 min sentrifuqa quraşdırılacaq. Sentrifuqalar İranın zəngin uran əldə
etmək qabiliyyətini kifayət qədər yaxşılaşdırır. İran təkrarən bildirib ki,
nüvə proqramının məqsədi elektrik hasilatıdır. Ancaq ABŞ da daxil olmaqla bütün
tənqidçilər İranın nüvə silahı istehsal etməyə çalışmasından qorxurlar. Yüksək
zənginləşdirilmiş uran nüvə silahının istehsalında istifadə oluna bilər.
Beynəlxalq rəsmilər son dəfə İranın Natanz obyektində uran zənginləşdirən 3500
senrifuqanın fəaliyyət göstərdiyini bildirmişdi. Aprel ayında prezident Mahmud
Əhmədinejad sentrifuqaların sayının 6 minə çatdırılacağını bəyan etmişdi.