Iraq rəsmiləri bildirirlər ki, Birləşmiş
Ştatlar gələn həftənin bazar ertəsi Anbardakı təhlükəsizlik nəzarətini İraq
qüvvələrinə təhvil verəcək. Amerika Donanmasının korpus komandiri general Ceyms
Konvey bildirib ki, regionda donanmanın
xeyli təkmilləşmiş qüvvələri var və onlar orada əməliyyatlardan daha çox
yenidənqurma ilə məşguldurlar. O deyib ki, dəniz piyada qüvvələri əyalətdə 25
min əsgər saxlayır və bu lazım olduğundan artıqdır. Amerika hərbçiləri
Anbardakı təhlükəsizlik nəzarətini İraq qüvvələrinə təhvil verməli idi, ancaq
bu proses yubanıb.