Rusiya
Xarici İşlər Nazirliyi bildirir ki, o, Şimali Koreyanın nüvə obyektlərinin
sökülməsini dayandırmasından məyus olub.
Bu gün açıqladığı bəyanatda Rusiya Pxenyanı əsas nüvə obyekti olan
Yonqbyonun sökülməsini oktyabrın sonunadək başa çatdırmağa səsləyib. Rusiya Şimala xatırladıb ki, Pxenyan həmin
tarixə imzaladığı sazişdə razı olmuşdu.
Çərşənbə axşamı Şimali Koreya Vaşinqtonun onu terrora sponsorluq edən
dövlətlər siyahısından çıxarmadığına görə, nüvəsizləşdirmə prosesini
dayandırdığını bəyan edib.