Böyük
Britaniyada polis baş nazir Qordon Brauna sui-qəsdə cəhdlə bağlılığı olan 5-ci
nəfəri həbs edib. Polisin bildirdiyinə görə, 29 yaşlı şübhəli dünən
İngiltərənin mərkəzi hissəsində yerləşən Derbi şəhərində ələ keçirilib. Digər 4
nəfər isə artıq həbsxanadadırlar. Onlardan 3-ü ayın əvvəlində ölkəni tərk
etməyə çalışarkən Mançester hava limanında saxlanmışdılar. Polis 4-cü şübhəlini
dünən Bləkbörn şəhərində ələ keçirib. Onlar yanvar ayında veb səhifədə baş
nazir Qordon Braun və onun sələfi Toni Bleyeri hədəf almaqda şübhəli
bilinirlər. Özünü Britaniyadakı Əl-Qaidə kimi təqdim edən qrupun idarə etdiyi
sayt habelə Böyük Britaniya qoşunlarının İraq və Əfqanıstandan çıxarılmasını
tələb edib.