Zimbabve parlamentinin iclası bu gün açıq elan edilib

Zimbabve prezidenti Robert Muqabe bu gün parlamentin açılış iclasına rəhbərlik edib. Müxalifətdə olan Demokratik Dəyişiklik Uğrunda Hərəkatın qüvvə bölgüsü haqda danışıqların başa çatmasına çağırmasına baxmayaraq cənab Muqabe sessiyanı açıq elan edib. O, bir sıra razılıqların əldə olunduğunu bildirəndə parlamentdə onu ucadan etiraz səsləri ilə qarşılayıblar. Müxalifət sessiyanı baykot etməklə hədələmişdi, lakin müxalif qanunvericisi Lavmor Moyonun spiker seçilməsi partiyanın vəziyyətini çətinləşdirib. Zimbabve 1980-90-ci ildə müstəqillik qazanandan bəri ilk dəfədir ki, spiker postu hakim partiyanın əlində deyil.