Rəsmilər
sabahkı separatçı nümayişi ərəfəsində Hindistan Kəşmirində qadağan saatı tətbiq
ediblər. Minlərlə Hindistan
təhlükəsizlik qüvvələri Kəşmirin ən iri şəhəri olan Srinaqarda patrul çəkirlər. Müsəlman separatçıları bazar ertəsi
izdihamlı nümayiş keçirməyi planlaşdırır.
Ərazidə 3 günlük tətil elan edilmiş, məktəblər, mağazalar, bizneslər və
ictimai nəqliyyatın fəaliyyəti dayandırlmışdır. Tətil cümə günü 200 min müsəlmanın Srinqarda Hindistanın bu Himalay
regionunda hakimiyyətinə etiraz nümayişində elan edilib.