Tayvan lideri barışığa səsləyir

Tayvan prezidenti Ma Yinq-ceu ölkəsinin müstəqilliyinin 50-ci ildönümündə Çini barışığa və sülhə çağırıb. Tayvan adası Kinmendə çıxış edən cənab Ma bir vaxtlar qətl meydanı olmuş ərazini sülh məkanına çevirməyə səsləyib. Cənab Ma deyir ki, Çin və Tayvan öz aralarındakı ümumi baxışlara diqqət yetirməli və geniş əməkdaşlıq erasına daxil olmalıdırlar. 50 il bundan öncə Kinmen adası Mao Tsedonqun Kommunist qüvvələri ilə Çianq Kay Şekin millətçi əsgərləri arasında şiddətli döyüş meydanı olmuşdu. Cənab Çianqın millətçi qüvvələri 1949-cu ildə vətəndaş müharibəsi nəticəsində Tayvana sıxışdırılmışdı.