Rusiya Gürcüstanı Cənubi Osetiyaya qarşı yeni hücumlar planlaşdırmaqda günahlandırır

Rusiya generalı Anatoli Noqovitsin Gürcüstanı Cənubi Osetiyaya qarşı yeni hücumlar planlaşdırmaqda günahlandıraraq, Rusiya qüvvələrinin bir hissəsinin Gürcüstanda saxlanılacağını bildirib. Bu gün Moskvada müxbirlərlə danışan general deyib ki, qüvvələr Qara dəniz liman şəhəri Poti və təhlükəsizlik zonasına daxil olmayan digər bölgələrə nəzarəti davam etdirəcək. Noqovitsin xəbərdarlıq edərək bidlirib ki, Amerika Birləşmiş Ştatları Gürcüstan ordusunun möhkəmləndirilməsinə yardım etsə, Rusiya Gürcüstandakı qüvvələrinin sayını artıracaq. Rusiya generalı Noqovitsin Rusiyanın əməllərinə bəraət qazandıraraq, bu şərtin Fransanın vasitəçilik etdiyi atəşkəs razılığında yer aldığını bildirib.