Hindistanın nəzarəti altındakı
Kəşmirdə qadağa saatına baxmayaraq bu gün hindu etirazçıları ilə polis arasında
qarşıdurma baş vermişdir. Hinduların çoxluq təşkil etdiyi Jammu şəhərində
polisin nümayışçilərə qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə
etdiyi, nümayişçilərin isə polis maşınlarını yandırdıqları bildirlir. Münaqişə
zamanı azı 25 nəfərin yaralandığı xəbər verilir.
Bundan sonra nümayişçilər Jammu şəhərinin polis məntəqəsi qarşısında
yürüş keçirmişlər. Xatırladaq ki, hökumət iyun ayında müsəlmanların irimiqyaslı nümayişlərindən sonra hinduların müqəddəs məbədi yerləşən ərazini müsəlmanlardan alıb hindulara vermək
qərarını ləqv etmişdi. Həmin nümayişlər
zamanı azı 28 nəfər həlak olmuş, yüzlərlə adam yaralanmışdı. Artıq üç gündür
davam edən nümayişlərdə hindular həmin ərazilərin geri qaytarılmasını tələb
edirlər.