Amerika Birləşmiş Ştatları ilə Polşa bu ölkədə raketdən müdafiə sisteminin yerləşdirilməsi barədə yekun sazişi imzalayıblar. Polşa Nazirlər Kabinetinin dünən təstiq etdiyi müvafiq sənədə Amerikanın dövlət katibi Kondoliza Rays və Polşanın xarici işlər naziri Radek Sikorski bu gün Varşavada imza atıblar. Imza mərasimindən sonra tərəflər bildirblər ki, danışıqlar bəzən çətin olub, lakin nəticə qənaətbəxş olub.
Polşa prezidenti Lex Kaçinski əldə olunmuş razılaşmadan məmnunlugunu dilə gətirib. Sazişə əsasən Amerika Polşaya 10 rakettutan qurgu yerləşdirəcək. İstiqamətləndirici Radar isə Çex Respublikasında yerləşdiriləcək. Amerika rəsmiləri deyirlər ki, raketdənmüdafiə sistemi Avropanı İran kimi ölkələrdən gələ biləcək təhlükələrdən müdafiə etmək üçündür. Moskva isə bu bu sistemin Rusiyaya qarşı yönəldiyini bildirir.