Senator Barak Obama vitse prezidentliyə namizədin adını açıqlayacaq

Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama bu gün Floridada hərbi veteranlar qarşısında çıxış edəcək. Bu arada Nyu York Taymz qəzeti sabah senator Obamanın vitse prezidentliyə namizədin adını açıqlayacağını xəbər verir. Ən azı üç nüfuzlu Demokrat Obamanın tərəfdaşlığına namizəd hesab olunurlar, bunlar Delaverdan senator Co Bayden, İndiana senatoru Evan Bayh və Virciniya qubernatoru Tim Keyndir.

Respublikaçılardan prezidentliyə namizəd senator Con Makkeyn dünən həmin qurultayda çıxış edərək, Obamanın xarici siyasət sahəsində göstəricilərini tənqid edib.