BP Gürcüstandan keçən təbii qaz kəmərinin açıldılğını bildirib

Britiş Petrolium Gürcüstandan keçən təbii qaz kəmərinin yenidən açıldığını, lakin iki əsas neft kəmərinin hələ də bağlı qaldığını bildirib. BP rəsmiləri deyiblər ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli bərpa edilib. Kəmər təhlükəsizlik səbəbilə çərşənbə axşamı günü bağlanmıdır.

Bununla belə, Bakı-Supsa neft kəməri bağlı olaraq qalır. BP Gürcüstan rəsmiləri Rusiyanın ərazini bombaladığı haqda xəbər verdikdən sonra kəmərin çərşənbə axşamı günü bağlandığını elan etmişdi.