Zeyno Baran: Gürcüstanda baş verənlər Azərbaycanın da ərazi bütövlüyü məsələsini aktuallaşdırıb

Rusiya-Gürcüstan hərbi qarşıdurmasının nəticələri Qarabag danışıqları üçün də əhəmiyyətlidir.
Bunu "Amerikanın səsı" radiosuna müsahibəsində Hadson Araşdırmalar Mərkəzinin Avrasiya proqramının direktoru Zeyno Baran bildirib.
O deyib ki, Gürcüstanda baş verənlər Azərbaycanın da ərazi bütövlüyü məsələsini aktuallaşdırıb. Belə ki, ekspertin dediyinə görə, Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanısa da, son addımları ilə, bütün beynəlxalq qanunları pozdu.
"Bunu nəticəsinin nə olacagi Qarabag məsələsində qərar verəcək adamlar üçün çox vacib nümunə olacaq" – deyib Zeyno Baran.
Ekspert habelə vurgulayib ki, Gürcüstanla müharibə Rusiyanın yeni prezidenti Dimitri Medvedev üçün "pis başlangıc" idi. Onun fikrincə, görünür, Moskva əməliyyatlara başlayanda belə bir təpki olacagını gözləmirdi.