Pekin
rəsmilərinin
sözlərinə görə, bir çinli iki amerikalıya hücum edərək onlardan birini qətlə
yetirib. ABŞ Olimpiya Komitəsindən Darril Seybel bildirib ki, bu iki nəfərin
Amerikanın kişilərdən ibarət voleybol komandasının baş məşqçisi ilə qohumluq
əlaqələri var. Ancaq o əlavə edib ki, onların ABŞ komandası ilə əlaqələri
olduğuna görə hücuma məruz qaldığına inanmır. Verilən məlumata görə, qatil XIV
əsrdə inşa edilmiş məşhur turist ziyarətgahı olan Dram Qalasında iki amerikalı
və onun çinli bələdçilərini bıçaqlayıb. 47 yaşlı qatil Tanq Youngming bir
amerikalı kişini qətlə yetirib və iki qadını yaraladıqdan sonra özünü qaladan
ataraq intihar edib. Ağ Ev bildirib ki, Olimpiya Oyunlarında tamaşaçı kimi
iştirak edən ABŞ prezidenti Corc Buşa hadisə ilə bağlı məlumat verilib və
dövlət başçısı onların ailələrinin kədərlərinə şərik olduğunu bildirib.