Pakistanın iqtidardakı koalisiyası prezidentin impiçmentini mütləq sayır

Pakistanın hakimiyyətdə olan koalisiyası bildirib ki, prezident Pərviz Müşərrəfə qarşı impiçment prosesi tam yəqindir. Koalisiya partlamentdə prezidentə etimad məsələsini qoyulmasını tələb edir.

Pakistanın Xalq partiyasının ldieri Asif Əli Zərdari bu gün mətbuat konfransında bildirib ki, koalisiyanın rəhbərliyi dərhal impiçment prosesinə başlayacaq. Parlamentin yuxarı və aşağı palatalarında üçdə-iki əksəriyyəti impiçment tələb edir.

Bu açıqlama Zərdari və keçmiş baş nazir Nəvaz Şərifin partiyalarının liderlərinin iki gün sürən danışıqlarından sonra verilir.