BMT Təhlükəsizlik Şurası İrana qarsı yeni sansksiyaları nəzərdən keçirə bilər

ABŞ bildirir ki, dünyanın altı qüdrətli dövləti uran zənginləşdirilməsi proqramını dayandırmadığı üçün İrana ölkəyə qarşı yeni BMT sanksiyalarını nəzərdən keçirmək haqda razılıq əldə ediblər. ABŞ Dövlət Departamentinin sözçüsü Qonzalo Qalleqos deyib ki, BMT Təhlükəsizlik Şurasının beş daimi və Almaniya bu gün tele-konfrans zamanı Tehrana qarşı cəzalandırıcı ölçülərdən başqa yol olmadığı haqda razılığa gəliblər. Qalleqos deyib ki, İranın dünən Avropa Birliyinin Xarici siyasət söbəsinin başçısı Havier Solanaa məktubu durğunluq taktikasıdır. Britaniya və Fransa həmçinin bidiriblər ki, İranın cavabı qənaətbəxş deyil. Lakin Rusiyanın BMT-dəki səfiri Yuri Çurkin deyib ki, mübahisənin həlli üçün hələ də potensial olaraq dialoq mümkündür.