ABŞ
təfərindən axtarışda olmuş Əl-Qaidə ilə əlaqəsi olan pakistanlı alim qadın bu
gün Nyu-Yorkun federal məhkəməsi qarşısına çıxarılacaq. O, Birləşmiş Ştatlar
əsgərlərini və Əfqanıstandakı mülki rəsmiləri öldürmək cəhdi ittihamları ilə
üzləşir. Federal ittihamçı dünən axşam deyib ki, Aafia Siddiqu iyulun
ortalarında Qəzni vilayətində regional hökumətin qərargahı yaxınlığında həbs
edilmişdi. Rəsmilərin sözlərinə görə, o, partlayıcıların hazırlanmasına dair
sənədlər aparırmış. habelə, ABŞ-ın bəzi əhəmiyyətli binalarının
sxemlərinə məxsus olub. Buraya Nyu-Yorkun da bir neçə əsas binası daxildir.