Bosniyanın sabiq serb lideri
Radovan Karaciç bu gün genosid ittihamı ilə Haaqa hərbi tribunalı qarşısına
çıxarılmazdan əvvəl ilk çıxışını edib. Karaciç
hərbi tribunalın təklif etdiyi vəkildən imtina edərək bildirib ki,
o, özü-özünü müdafiə edəcək. Karaciç ona qarşı 1992-95-ci illərdə
Bosniya-Herseqovinada qeyri-serblərə qarşı genosid, bəşəriyyətə qarşı və
müharibə cinayətləri ittihamlarına
qarşı özünü müdafdiə edəcək.
Qeyd edək ki, 12 ildən çox bir müddətdə
axtarışda olan Karaciç bir həftə bundan əvvəl Serbiya polisi tərəfindən həbs
edilmiş və dünən Haaqaya gətirilmişdir.