Corc Buş İradqa təhlükəsizlik sahəsindəki inkişafları alqışlayıb

ABŞ prezidenti Corc Buş Amerikanın İradqakı qüvvələrinin xidmət müddətinin azaldığını elan edərək, İradqa təhlükəsizlik sahəsindəki inkişafları alqışlayıb. Bu gün Ağ Evdə çıxış edən prezident bidlirib ki, 15 aylıq hərbi ixdmət müddəti 12 aya endirilir.

Corc Buş İraqda zorakılıqların 2004-cü ildən bəri ən aşağı səviyyəsdə olduğunu deyib. ABŞ dövlət başçısı Amerika qüvvələrinin İraqda əsasən yardımçı rolu oynadığını bildirib. Prezident İraqdakı siyasi prosesləri də yüksək qiymətləndirərək, İraqın ABŞ qüvvələrinin gələcəyinə dair uzunmüddətli razılığın həyata keçirilməsində nailiyyətli olduğunu qeyd edib.