Rusiya ABŞ-a yeni səfir təyin edib

Rusiya Xarici İşlər Nazirliyi prezident Dmitri Medvedevin Birləşmiş Ştatlara yeni səfir təyin etdiyini elan edib. Rusiyanın İranın nüvə proqramı ilə bağlı danışıqlarda keçmiş müzakirəçisi, xarici işlər nazirinin müavini Sergey Kislyak Rusiyanın Vaşinqtonda yeni səfiri olacaq. Sergey Kislyak Rusiyanın NATO-da səfiri vəzifəsində çalışıb. O, hökumətdə yüksək vəzifə tutmaq üçün Moksvaya qayıdan Rusiyanın ABŞ-dakı keçmiş səfiri Yuri Uşakovu əvəz edəcək.