BMT-də Gürcüstanla bağlı ikinci raund danışıqlar başlayıb

BMT Təhlükəsizlik Şurası Gürcüstandakı vəziyyətlə əlaqədar bağlı qapı arxasında ikinci raund danışıqlara başlayıb. Şuranın bugünkü sessiyası Gürcüstan hökuməti ilə Rusiyanın himayə etdiyi Abxaz və Cənubi Ossetiya separatçıları arasında cərəyan edən gərginliklə bağlı bir ay ərzində ikinci danışıqlardır. Təhlükəsizlik Şurasının iclasından öncə Cənubi Osetiya separatçıları ilə gürcü qüvvələri arasında atışmanın baş verdiyi haqda xəbər yayılıb. Tərəflər toqquşmaya görə bir-birini ittiham ediblər. Ötən həftə Gürcüstan Rusiyanı öz ərazisinə hərbi təyyarə göndərməkdə ittiham edən qətnamə layihəsi təqdim edib.