İraqda intiharçı hücumları 28 zəvvarın həyatına son qoyub

İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda dini mərasim zamanı 3 intiharçı hücumu nəticəsində uşaqlar da daxil olmaqla 28 nəfər həlak olub, 90 nəfər isə yaralanıb. Polis ilkin məlumatların intiharçıların 3-nün də qadın olduğunu göstərdiyini bildirib. Bombalar bu gün Karrada məhəlləsində minlərlə zəvvar paytaxt Bağdadın şimal hissəsindəki Qədimiyyə məscidinə gedən zaman baş verib. İraqın şimalında rəsmilərin bildirdiyinə görə, Kərkük şəhərində baş verən başqa bir partlayış nəticəsində yerli seçki qanununun əleyhinə nümayişdə iştirak edən 22 nəfər həlak olub. Hadisə zamanı 80 nəfər də yaralanıb.