Hindistanın böyük şəhərlərində şənbə günü tarixi Əhmədabad şəhərində həyata keçirilən hücumlardan sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Polisin bildirdiyinə görə, bir neçə məhəllədə 16 bomba partlayışı səbəbi ilə 45 nəfər həlak olub. Hücumlar 100-dən artıq insanın yaralanması ilə nəticələnib.
Hindistanın televiziya məlumatlarında “Hindistan Mühacidləri” qrupunun hücumun məsuliyyətini üzərinə götürdüyü bildirilib. Hökumət hücumların ölkədə sabitisizlik yaradılması məqsədi ilə həyata keçirildiyini deyir.