ABŞ
Prezidentliyinə Demokrat namizəd Barak Obama xaricə 9 günlük səfərindən sonra
vətənə qayıdır. Bu arada onun
Respublikaçı rəqibi Con Makkeyn diqqəti enerjiyə yönəldib. Obama sabah Federal Ehtiyatlar Fondunun sabiq
rəhbəri Pol Volker, sabiq Maliyyə Naziri Robert Rubin və milyarder investor
Vorren Baffetlə görüşməyi planlaşdırır.
Senator Makkeyn dünən Obamanın ofşor neft istismarına və əlavə nüvə
elektrik stansiyalarının inşasına qarşı mövqeyini tənqid edib. Makkeyn tərəfdarları deyirlər ki, onların
namizədi rəy sorğularında enerji siyasətinə gəldikdə Obamanı üstələyir.