Corc Buş həftəlik radio müraciətini xəstəliklərlə mübarizəyə həsr edib

ABŞ prezidenti Corc Buş deyir ki, o, dünyada AİDS və başqa xəstəliklərlə mübarizə proqramlarına ayrılan vəsaitin 3 dəfə artırılması üçün qanun layihəsinin imzalanmasına çalışacaq. Prezident Buş bu gün həftəlik radio müraciətində Konqresi qanun layihəsinin qəbuluna çağırıb. Bu layihə 5 il ərzində 48 milyard dollar vəsaitin təminatını nəzərdə tutur. Ağ Ev sahibi Saharaaltı Afrika ölkələrində proqramın uğurlarını vurğulayıb. Onun sözlərinə görə, proqram 1.7 milyon insanın müalicəsini himayə edir. Prezident bildirib ki, maliyyənin çoxaldılması AİDS xəstəliyinə səbəb olan HİV-nin milyonlarla yeni infeksiyasının qarşısını alır. Cənab Buşun qanunu gələn həftə imzalayacağı gözlənilir