ABŞ Dövlət
Departamentinin müvəqqəti baş müfəttişi İraq və Qərb neft şirkətləri
arasındakı sövdələşmələrdə
departamentin mümkün rolunu araşdırdığını deyib. ABŞ siyasəti belə sövdələşmələrin tərəfdarı deyil, çünki
İraqın hələ də gəlirlərini ədalətli şəkildə tənzimləyən neft qanunu yoxdur. Müvəqqəti baş müfəttiş
Harold Qeysel qanununvericilərə ünvanladığı məktubunda yazıb ki, o, neft müqavilələrini, neft yataqlarında görülən işləri və ABŞ-ın
İraqdakı siyasətini nəzərdən keçirməyə başlayıb. Bu addım Birləşmiş Ştatların 4
senatorunun məsələnin araşdırılmasını tələb etməsindən sonra atılıb. Dövlət
Departamenti hansısa bir neft sövdələşməsini
həyata keçirməyə çalışdığı iddialarını danıb.