ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Berlində Almaniya kansleri Angela Merkellə görüş keçirib. Danıqşıların diqqət mərkəzində NATO-nun Əfqanıstandakı rolu məsələsi yer alıb. Daha sonra Almaniyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüş keçirəcək senator Obama açıq havada Zıfıt Sütunu abidəsinə 100 000 insan qarşısında Trans-Atlantik əlaqələrə dair niqt söyləməlidir. Xanım Merkel deyib ki, Almaniya Əfqanıstandakı məsuliyyətini azaltmaq niyyətində deyil. Lakin o eyni zamanda ölkəsinin imkanlarının qeyri-məhdud olmadığını bildirib. Barak Obama Almaniyaya İsraildən gedib.
Səfəri çərçivəsində ABŞ prezidentliyinə demokrat namizəd Əfqanıstan, İraq, İordaniya və Fələstin ərazilərində olub.