Türkiyədə 26 adam saxlanılıb

Türk rəsmiləri ölkənin İslamyönümlü hökumətini devirmək cəhdində şübhəli bilinən 26 adamı saxlayıb. Anadolu dövlət xəbər agentliyi məlumat verir ki, polis ölkəboyu 5 vilayətdə reydlər keçirib. Saxlanılanlar arasında millətçi Fəhlə Partiyasının üzvləri də var. Ötən həftə Türk prokurorları 86 nəfəri terror təşkilatına mənsubiyyət və hökuməti devirmək cəhdi ittihamları ilə həbs ediblər. Dünyəviçi şəbəkə olan Ergenokona qarşı prokurorluq 2500 səhifəlik ittihamnamə hazırlayıb.