Ermənistan prezidenti Serj
Sarkisyan Türkiyə ilə münasibətlərin yaxınlaşmasına çağırıb. Cənab Sarkisyan bildirib ki, Türkiyə prezidenti
Abdulla Gülün səfəri iki ölkə arasında münasibətlərin normallaşması üçün
müsbət an olardı.
Türkiyə ilə
münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş son səylər Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı əlaqələrin kəsilməsindən 15 il sonra baş verir. 1993-cü ildə Türkiyənin müttəfiqi
Azərbaycanla müharibə apardığına görə Ankara Ermənistanla sərhədləri
bağladı.
Cənab Sarkisyan bu yaxınlarda cənab Gülü Yerevanda iki ölkənin milli komandaları arasında sentyabrın 6-da keçiriləcək matça birgə baxmağa dəvət edib.