Quantanamo hərbi məhkəməsində “Düşmən döyüşçü”lərə qarşı ilk məhkəmə prosesi başlayıb

ABŞ-ın Kubadakı Quantanamo həbsxanasının hərbi məhkəməsində “Düşmən döyüşçü” adlandırılan terrorçuluqda ittiham olunanlara qarşı ilk məhkəmə prosesi başlayıb. Bu gün sui-qəsd hazırlamaq və terrorçulara lazımı materiallar çatdırmaqda ittiham olunan Səlim Hamdana qarşı məhkəmə prosesi başlayır. Yəmənli şübhəli təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir. Hamdanın vəkili deyir ki, Səlim Əl-Qaidə lideri Osama Bin Ladenin sürücüsü olmasına baxmayaraq, heç bir terror fəaliyyətlərində iştirak etməyib. İttihamçı tərəf onun Əl-Qaidənin daxili çevrəsi ilə yaxın əlaqələrinin olduğunu bildirir və onu 2001-ci il 11 sentyabr hadisələrindən sonra Bin Ladenin qaçmasına kömək etməkdə ittiham edir.