Böyük Britaniyanın baş naziri Gordon Braun İsrail parlamenti qarşısında etdiyi çıxışı zamanı İrana nüvə proqramını dayandırması barədə xəbərdarlıq verib. Baş nazir İsraili dəstəkləyəcəyinə vəd verərək, İran prezidenti Mahmud Əhmədinejadın bu ölkəyə qarşı təhididlərini pisləyib. Gordon Braun deyib ki, Britaniya, ABŞ və Avropa İttifaqı ilə birlikdə İranı nüvə silahları əldə etmək cəhdlərindən çəkindirəcək. Britaniyanın baş naziri bazar günü İordan çayının qərb sahilində olub, İsraili yaşayış məntəqələrinin inşasının dayandırılmasına və fələstinlilərin səyahət məhdudiyyətlərinin yüngülləşdirilməsinə çağırıb.
Böyük Britaniyanın baş naziri Gordon Braun Fələstinin iqtisadi inkişafına 60 milyon dollar vəsait ayrılacağına vəd verib. Britaniya bundan əvvəl Fəlsətinə 500 milyon dollar yardım göstərmişdi.