Pakistanda 15 yaraqlı öldürülüb

Pakistan təhlükəsizlik qüvvələri deyir ki, ölkənin şimal-qərbində keçən həftə başlanan əməliyyatlar zamanı 15 yaraqlı öldürülüb, 60-ı isə həbs edilib. Ordu sözçüsünün bildirdiyinə görə, Hanqu mahalında keçirilən əməliyyatlar zamanı 5 əsgər yaralanıb. O, missiyanın məqsədinin yaraqlıları Hanqudan təmizləmək olduğunu vurğulayıb. Yerli təhlükəsizlik qüvvələri ilə militant qruplar arasında toqquşmalar bir neçə gün davam edəndən sonra ordu əməliyyatlar keçirməyə başlayıb.