Qəndəhar vilayətində 4 polis həlak olub

Əfqanıstanın Qəndəhar vilayətinin Meyvənd mahalında yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 4 polisin həlak olduğu və birinin isə yaralandığı bildirilir. Qəndəhar vilayətinin başqa bir hissəsisndə polis maşını karvanının yaxınlığında intiharçı hücumu nəticəsində bir polis yaralanıb. Bu arada Fransanın müdafiə naziri Herve Morin Fransa və Əfqan hərbi qüvvələrinin yüksək rütbəli zabitlərilə görüşmək üçün gözlənilmədən Kabilə səfər edib. Cənab Morinin Kabil yaxınlığındakı Kapisa vilayətində xidmət edən təqribən 700 Fransa əsgərlərilə görüşəcəyi gözlənilir. Onun bu səfəri Əfqanıstanın mərkəzində yerləşən Nili qəsəbəsində Fransanın iki humanitar yardım işçisinin girov götürülməsindən bir gün sonraya təsadüf edir.