İraq
parlamenti 3 sünni nazirin baş nazir Nuri Əl-Malikinin şiələrin üstünlük təşkil
etdiyi hökumətinə qaytarılmasını təsdiq edib. Bu milli barışığa təkan verir.
Parlament keçən il şiə bloku hökuməti tərk edən zaman yaranan boşluğu doldurmaq
məqsədi ilə nazirlərin əlavə olunmasının səsverməyə qoyub. İraqın Razılıq Cəbhəsi
kimi tanınan sünni bloku da adrıcıl siyasi ziddiyyətlərdən sonra keçən il hökuməti
tərk etmişdi. Bununla yanaşı, İraq rəsmiləri deyir ki, Böyük Britaniya baş
naziri Qordon Braun bu gün iraqlı həmkarı Nuri Əl-Maliki və başqa liderlərlə
danışıqlar aparmaq üçün Bağdada gedib. Rəsmilərin sözlərinə görə, nazir
görüşündən istifadə edərək, əsasən 4 min Böyük Britaniya qoşununun yerləşdirildiyi
Bəsrə şəhərində İraq iqtisadiyyatına yatarımlar qoyulmasına təzyiq göstərəcək.