ABŞ prezidenti Corc Buş və İraqın Baş naziri Nuri əl-Məliki İraqda
Birləşmiş Ştatların hərbi qüvvələrinin sayının azaldılması üçün mümkün
vaxt cədvəlini müzakirə ediblər. Ağ Evin sözçüsü Dana Perino deyib ki,
liderlər dünən video-telefon vasitəsilə aparılan danışıqlar zamanı
müxtəlif məsələlər, o cümlədən, İraqda təhlükəsizliklə bağlı vəziyyət
və İraq təhlükəsizlik qüvvlərinin hazırlığını müzakirə ediblər. Dana
Perionun bildirdiyinə görə, onlar deyib ki, ABŞ hərbi qüvvələrinin
İraqdan çıxarılması təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdırılması
prinsipləri əsaslanmalıdır. İraq rəsmiləri uzunmüddətli təhlükəsizlik
razılığına dair danışıqların bir hissəsi kimi ABŞ hərbi qüvvələrinin
İraqdan çıxarılmasının vaxtının müəyyən edilməsi üçün Vaşinqtona təzyiq
göstərirlər.