Abxaz
separatçı lider Serqey Baqaşp Gürcüstanın separatçı regionlarında artan hərbi
gərginliyi azaltmaq məqsədilə təklif olunan beynəlxalq planı rədd edib. O, bu
gün Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşdən sonra
təklifin qəbuledilməz olduğunu deyib. Üç mərhələləri plan tərəflərin hərbi qüvvədən
istafə etməməsinin təminat altına alınması və bir neçə yüz min etnik gürcünün
Abxaziyaya qayıtmasını nəzərdə tuturdu. Ştaynmayer planı dünən Gürcüstan
prezidenti Mixail Saakaşvili ilə də müzakirə edib. Cənab Saakaşvili təkidlə
bildirib ki, beynəlxalq ictimaiyyətin himayəsi ilə gürcü qaçqınlar Abxaziyaya
qaytarılmalıdırlar. Ancaq separatçıların müttəfiqi Rusiya bu şərtin qeyri-real
olduğunu bildirib.