ABŞ Senati xəstəliklərlə mübarizəyə yardım qanununu təsdiq edib

ABŞ Senatı QİÇS, malyariya və vərəm xəstəlikləri ilə mübarizə məqsədi ilə yardım proqramının üç dəfə artırılmasına dair qanun layihəsini təsdiq edib. Gələn beş il ərzində xarici ölkələrin səhiyyə proqramlarına yardımı nəzərdə tutan 48 milyard dollarlıq qanun Senatda 80 lehinə, 16 əleyhinə səslə təsdiq edilib.

ABŞ prezidenti Corc Buş hakimiyyətinin birinci dönəmi hazırlanan bu planın təsdiqinə görə Senata təşəkkürünü bildirib. Prezidentin 2003-cü ildə irəli sürdüyü bu plan 15 milyard dollar təşkil edirdi. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri, demokrat Cozef Bayden sənədin təsdiqni alqışlayaraq, bunu prezdent Buşun ən böyük nailiyyəti adlandırıb.