Livanın sünni lideri İraqdadır

Livan parlamentindəki əksəriyyətin lideri Bağdadda İraqın baş naziri Nuri-Əl-Məliki ilə görüşüb. Bu gün açıqlanan bəyanatda İraq hökuməti bildirir ki, sünni müsəlmanların parlamentdəki lideri Saad Əl-Həriri cənab Maliki ilə bu gün erkən saatlarda görüşüb. Həriri İraqda təhlükəsizlik vəziyyətinin yaxşılaşmasını alqışlayıb. İraq hökuməti regiondakı digər dövlətlərlə yaxın münasibətlər qurmağa çalışır. Bununla yanaşı, İraqda təhlükəsizlik vəziyyəti qeyri-stabil olaraq qalır. ABŞ ordusunun bildirdiyinə görə, dünən Əl-Qaidənin həyata keçirdiyi avtomobil partlayışı nəticəsində 15 nəfər həlak olub.
Bu arada 1991-ci il Körfəz Müharibəsində bəri Küveyt ilk dəfə olaraq Bağdadda səfir təyin edib. Bu vəzifəni sabiq hərbi qərargah rəisi Əli Əl-Mömin icra edəcək.