İsrail Hizbullahın qaytardığı əsgərlərin kimliyini təsdiq edib

İsrail rəsmiləri qalıqları Livanın Hizbulla yaraqlı qrupu ilə dəyişdirilən 2 əsgərin kimliyini təsdiq edib. Onlar qrupla İsrail arasında məhbus mübadiləsinin tərkib hissəsi olaraq dəyişdirilib. Əsgərlər – Ehud Qoldvasser və Eldad Regev Hizbullanın 2006-cı ildə sərhəd boyunca həyata keçirdiyi hücum zamanı ələ keçirilmişdilər. Qeyd edək ki, bu hücum bir aylıq müharibəyə səbəb olmuşdu. Hizbulla təhlükəsizlik rəsmisi Vafik Safa bu gün ilk dəfə olaraq əsgərlərin öldürüldüyünü açıqlayıb. Əsgərlərin evində toplaşmış ailə üzvləri və dostları xəbəri eşidəndən sonra kədərə boğulublar.