Amerikalılar  noyabr seçkiləri ilə bağlı fərqli fikirlərə malikdir

Son rəy sorğularının nəticələrinə görə, Barak Obamanın tarixi namizədliyinə baxmayaraq, amerikalılar hələ də noyabr seçkiləri ilə bağlı fərqli fikirlərə malikdir. ABŞ-da irqi əlaqələri necəliyinə dair sualı ağ respondentlərin 55 faizi, qaraların 29 faizi isə “yaxşı” deyə cavablandırıb. Amerikalıların əksəriyyəti ölkənin Afrika mənşəli amerikalı prezident seçməyə hazır olduğunu düşünür. Ağ respondentlərin 79, qaraların isə 69 faizi buna müsbət rəy verib.Bu arada Washington Post və ABC News-un keçirdiyi rəy sorğularının nəticəsi göstərib ki, qeydiyyatdan keçmiş seçicilər respublikaçı Con Makkeyndən çox ABŞ prezidentliyinə demokrat namizəd Barak Obamaya üstünlük verir. Respondentlərin 50 faizi Obamaya, 42 faizi isə Makkeynə səs verəcəyini bildirir. New York Times və CBS News-un sorğularının nəticələri isə göstərir ki, İllinoiz senatoru Obamaya dəstək verənlər 45, Arizona senatoru Makkeynə isə 39 faiz təşkil edir.