Beynəlxalq Cinayət Məhkəməsi Sudan prezidentinə qarşı genosid və müharibə cinayətləri ittihamları irəli sürüb

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Sudan prezidenti Ömər Əl-Bəşirə qarşı genosid, bəşəriyyətə qarşı cinayət və müharibə cinayətləri ilə bağlı ittihamlar irəli sürüb. Luis Morino Okampo bu gün cənab Bəşiri Sudanın Darfur regionunda Fur, Masalit, Zağava tayfalarına qarşı qətl, zorlama və məcburi köçürülmə kampaniyası aparmaqda ittiham edib. Moreno Okampo 3 hakimlik məhkəmə rəyasət heyətindən növbəti qətllərin qarşısını almaq üçün cənab Bəşirin həbsi üçün order verməyi xahiş edib.

Xartum məhkəmənin yurisdiksiyasını rədd edir, lakin Sudan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, onun hökuməti Darfur sülh prosesini davam etdirəcək və ərazidəki bütün BMT heyətini qoruyacaq.