Roma
Papası XVI
Benedikt Roma Katolik Kilsəsinin Dünya Gənclər gününün təntənəli şəkildə qeyd olunacağı
Avstraliyanın Sidney şəhərinə gedib. Benediktin təyyarəsi bu gün günorta
saatlarında Sidney şəhəri ətrafındakı hərbi bazaya enib. Orada Papanı baş nazir
Kevin Rud daxil olmaqla, hökumət və kilsə rəsmiləri qarşılayıb. Uçuşu zamanı
Roma Papası jurnalistlərə deyib ki, 10 günlük dua mərasimləri zamanı o, seksual
zorakılıqların qurbanları ilə barışıq barədə iş aparacaq. Sidney arxiyepiskopu
Kardinal Corc Pel uşaqları seksual istismar etməkdə ittiham olunan keşişi
müdafiə etdiyinə görə tənqidə məruz qalıb. Kardinal hər hansı yanlış hərəkəti
rədd etsə də, pozuntularla bağlı halların kilsənin adına ləkə gətirdiyini
bildirib.