Bu gün Dünya Əhali gününü qeyd edən BMT ailə planlşdırılmasının
əhəmiyyətini vurğulayır. Təşkilatın bildirdiyinə görə, ailə
planlaşdırılması mövzusu analar və uşaqların həyatı və sağlamlığında
reproduktiv səhiyyə xidmətlərinin rolunu öyrənmək imkanı verir. Dünya
Əhali günü münasibətilə mesajında BMT baş katibi Ban Ki Mun beynəlxalq
ictimaiyyəti doğum zamanı anaların ölümünü azaltmaq və 2015-ci ilə
qədər analar və uşaqların reproduktiv səhiyyə xidmətlərindən
istifadəsinə imkan yaradılması üçün fəaliyyətə keçməyə çağırıb. Bununla
yanaşı, BMT-nin Əhali Fondunun direktoru Toraya Əhməd Obayd deyib ki,
ailə planlaşdırılmasının gender bərabərliyi və yoxsulluqla mübarizədə
çox böyük əhəmiyyəti var.