Rusiya Xarici İşlər naziri deyir ki, İranın raket sınaqları ABŞ-ın raketlərdən müdafiə sisteminə ehtiyac olmadığını göstərir

Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov müxbirlərlə söhbətində deyir ki, İranın bu həftə keçirdiyi raket sınaqları Birləşmiş Ştatların raketlərdən müdafiə sisteminin Avropada yerləşdirilməsi planına ehtiyacın olmadığını nümayiş etdirir. Onun sözlərinə görə, sınaqlar göstərir ki, İranın raketləri ancaq iki min kilometrə qədər məsafəni əhatə edir. Lavrov bildirib ki, İranla bağlı məsələlər İrana hədə-qorxu gəlməklə yox, danışıqlar və diplomatiya vasitəsilə həll edilməlidir. Bu həftənin əvvəli Dövlət Katibi Kondoliza Rays Çex respublikası ilə raketlərdən müdafiə sisyteminin bu ölkədə yerləşdirilməsi barədə Praqada müqavilə imzalayıb.