İran
uzaq və orta mənzilli raketləri sınaqdan keçirib. Rəsmilər bu mərmilərin
İsrailə çata biləcəyini deyir. Raket
sınağı İranın nüvə proqramı ilə bağlı gərginlik cərəyan etdiyi vaxta təsadüf
edir. İranın dövlət televiziyası
bvildirir ki, sınaqdan keçirilən raketlər arasında 2 kilometr məsafə qət edə
bilən Şahab-3 raketi var. İran İnqilab
Qvardiyasının yüksək rütbəli komandiri deyir ki, hərbi təlimlər İranın düşmənə cavab
vermə qabiliyyətini nümayiş etdirir.
Dünən İran ali dini rəhbərinin yardımçısı deyib ki, İranın nüvə
obyektlərinə hücum olduğu təqdirdə Fars Körfəzindəki ABŞ və İsrail hərbi
donanmaları alova bürünəcək.