ABŞ hökumətinin maliyyələşdirdiyi Azad Avropa və Azadlıq radio
stansiyası Türkmənistanda iki həftə saxladıqdan sonra müxbirləri Sazak
Durdumuradovun azad edildiyini bildirir. Bu gün açıqlanan bəyanatda
deyilir ki, Durdumuradov iyul ayının 4-ü evinə qayıdıb. Radio şəbəkəsi
müxbirin iyun ayının 20-də həbs edildikdən sonra işgəncələrə məruz
qaldığını bildirib. Türkmən rəsmiləri ondan Azad Avropa və Azadlıq
radiosuna çalışmamaq haqda yazılı vəd tələb ediblər. ABŞ-ın Aşğabaddakı
səfirliyi müxbirin azad edilməsini alqışlayaraq, Türkmənistan
hökumətini beynəlxalq insan hüquqları öhdəliklərinə sadiq qalmağa
çağırıb.